İsrail və BƏƏ XİN rəhbərləri iqtisadi əməkdaşlıq haqqında razılaşma imzalayıblar

Əbu-Dabi şəhərində İsrailin xarici işlər naziri Yair Lapid və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan arasında görüş baş tutub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Xarici İşlər Nazirliyindən bildiriblər.


Məlumata əsasən, görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq haqqında razılaşma imzalayıblar.