Azərbaycan və İsrail arasında aqro əməkdaşlığın potensialı
böyükdür və biz bu potensialı reallaşdırmaq niyyətindəyik.
Trend-in məlumatına görə, bunu İsrailin
Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında bildirib.
O qeyd edib ki, İsrailin kənd təsərrüfatı naziri Oded Forer və
Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün baş tutan görüş
səmərəli keçib.
“Ölkələrimiz arasında aqro əməkdaşlığın potensialı böyükdür və
biz bu potensialı reallaşdırmaq niyyətindəyik. Biz xalqlarımızın
ərzaq təhlükəsizliyini birlikdə təmin edə bilərik”, – deyə səfir
əlavə edib