İsrail Müdafiə Qüvvələri və ABŞ ordusu birgə təlimlər keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of Israel” məlumat yayıb.
Qeyd edilir ki, təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə İsrailin Baş Qərargah rəisi Aviv Koçavinin Vaşinqtona səfərindən sonra əldə olunub.
Təlimlər noyabrın 29-da İsrail ərazisi və Aralıq dənizi üzərində baş tutacaq. Təlimlərdə İsrail və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və tankerlər iştirak edəcək.