İsrailin RAFAEL müdafiə konserni dünyada daha çox “Spike NLOS” kimi tanınan “Tamuz” raketinin yeni, altıncı nəslini təqdim edib.
AzerTimes xəbər verir ki, Tamuz-6-nın hərəkət radiusu helikopterdən buraxılışda 30-dan 50 km-ə, yerdən buraxılışda isə 23-dən 30 km-ə çatdırılıb. Buraxılış qurğusu operatora eyni anda 4 raketi buraxmaq və idarə etmək imkanı verir.
Tamuz-6 hədəfin təsvirinin tənzimlənməsi texnologiyası ilə təchiz edilib ki, bu da düşmən obyektinə zərbə endirərkən maksimum dəqiqliyə yol açır. Raket özü hədəfi tapır, işarələyir və operatora onu daha dəqiq məhv etməyə şərait yaradır.
Yeni raket ilk dəfə gələn həftə Parisdəki “Eurosaturi” beynəlxalq silah sərgisində nümayiş olunacaq.