İsrail Tehranın zəif yerini tapdı: F-35-lər İrana girə bilər!

İsrail Tehranın zəif yerini tapdı: F-35-lər İrana girə bilər!

İsrail İrana zərbə endirməklə gələcək mümkün hücumun da “məşqini” edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası ekspertlərə istinadla yazıb.

Bildirilir ki, hücum 3 dalğadan ibarət olub: birinci dalğada İranın hava hücumundan müdafiə sistemləri, ikinci və üçüncü dalğada isə raket və dron bazaları, o cümlədən hərbi istehsal müəssisələri hədəf alınıb.

İddiaya görə, İsrail İranın hava hücumundan müdafiə sistemini sıradan çıxarmaq imkanlarını yoxlayıb. Belə ki, 26 oktyabr zərbəsindən sonra ekspertlər İsrail qırıcılarının alçaq hündürlükdən uçmaqla İran səmasına daxil olmasının mümkünlüyünü müəyyən ediblər.

Qeyd edək ki, hücumu F-35-lər də daxil olmaqla, 100-dən çox müasir qırıcı 2 min km məsafədən həyata keçirib.

Teqlər: