Sionistləri cəhənnəm atəşi gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.
Xatırladaq ki, İranın Dəməşqdəki konsulluğu İsrail tərəfindən raket atəşinə tutulub. Hava hücumu nəticəsində ən azı 5 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilir. Ölənlər arasında diplomatlar da var.
İsrailin hücumu nəticəsində SEPAH-ın Suriya və Livandakı qüvvələrinin komandiri general Məhəmməd Rza Zahidi və müavini də ölüb.
Qeyd edək ki, İsrailin İran səfirliyini vurması və diplomatların ölümü tarixdə ilk faktdır.