İsrail ordusu BMT-nin Livandakı sülhməramlı missiyasının mövqelərini yenidən atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə BMT sülhməramlıları məlumat yayıb.
Qeyd olunur ki, İsrail tankı BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin yerləşdiyi Kfar Kila şəhəri yaxınlığındakı müşahidə qülləsini atəşə tutub. Tank qülləni zədələyib, həmçinin üzərində quraşdırılmış iki kameranı məhv edib.
Missiya sülhməramlıların mövqelərinin növbəti dəfə qəsdən atəşə tutulduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 10-da da İsrail hərbçiləri Ras əl-Nakurada missiyanın qərargahının ərazisini atəşə tutmuş, sülhməramlıların bazasına hücum etmişdi.