İsrail aviasiyası Hizbullah təşkilatının silahlı birləşmələrinin üzvünü məhv etmək məqsədilə Suriya ərazisinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Əl-Kuneytra şəhəri ərazisində Əzəm Cahutu zərərsizləşdirib.
Belə ki, o, Hizbullahın hücrəsi sayılan və Qolan yüksəkliklərində fəaliyyət göstərən yerli terror şəbəkəsində iştirak edirmiş.