İsrail bazar günündən bazar ertəsinə keçən gecə Suriyanın cənub-qərbindəki Quneytra əyalətindəki mövqelərə artilleriya zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti hərbi mənbəyinə istinadən məlumat yayıb.
“İsrail artilleriyası Kürs ən-Nəfəl istiqamətində 12, Quneytra əyalətinin şimalındakı Hader qəsəbəsinin qərbindəki digər hədəflərə isə 8 mərmi atıb”, – mənbə bildirib.
Atəş nəticəsində hər hansı ziyanın olub-olmaması barədə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq ətrafına raket zərbələri endirdiyi barədə məlumat yayılmışdı.