İsrail Suriyanın hərbi obyektlərini vurdu

İsrail Suriyanın hərbi obyektlərini vurdu

İsrail Suriyanın cənubundakı Kuneytra və Suveyda əyalətlərində hava hücumundan müdafiə obyektlərinə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat verib.

“İsrail bu gecə cənub bölgəsindəki hava hücumundan müdafiə obyektlərinə qarşı yeni təcavüzkar hərəkət edib. Hücum itki və tələfata səbəb olmayıb”, – məlumatda qeyd olunub.

Həmçinin “Əl Ərəbiyə” telekanalı zərbələrdən birinin “Talaa” hərbi aerodromuna endirildiyini, orada bir neçə partlayış səsinin eşidildiyini bildirib.

Yerli mənbələrin məlumatına əsasən, hücum nəticəsində Korfu və Ezraa şəhərləri arasındakı magistral yolda yerləşən hərbi obyektdəki radar stansiyası sıradan çıxıb.

Teqlər: