İsrailin Suriya ərazisinə zərbələri qəbuledilməzdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“Əlbəttə, biz İsrailin Suriya ərazisini atəşə tutması məsələsini nəzərdən keçirəcəyik. Hesab edirik ki, bunu da vurğulamaq lazımdır. Bu, qəbuledilməzdir”, – Lavrentyev bildirib.
O qeyd edib ki, bundan əvvəl İsrailin Dəməşq hava limanına endirdiyi zərbələr nəticəsində uçuş-enmə zolağı zədələnib:
“Bu da beynəlxalq uçuşların qəbuluna, tranzit və Suriyaya gəlişi təmin etməyə imkan vermir”.
Lavrentyev qeyd edib ki, ABŞ-ın Suriyada mövcudluğu məsələsini də nəzərdən keçiriləcək:
“Onlar Suriya milli sərvətini talamaqla məşğuldurlar”.
Qeyd edək ki, bu gün və sabah Qazaxıstanda Suriya hökuməti və müxalifəti nümayəndələrinin, habelə Suriyanın nizamlanmasına dair “Astana” prosesinin qarant ölkələrinin (Rusiya, Türkiyə, İran) yüksək səviyyəli danışıqları keçiriləcək.