İsrail Suriyada SEPAH komandirlərini məhv etdi

İsrail Suriyada SEPAH komandirlərini məhv etdi

Suriyada SEPAH-a aid qərargahın yerləşdiyi ərazilərdə güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumata əsasən, partlayış Tartus əyalətinin Baniyas şəhərində baş verib. Səbəbi və mənbəyi naməlum adlandırılan bu partlayışların arxasında İsrailin olduğu və hücumda ən azı bir neçə SEPAH komandirinin öldürüldüyü bildirilib.

Hələlik isə nə İsrail, nə də İran məsələ barədə açıqlama verib.

Teqlər: