

İsrail hərbçiləri Suriyada maliyyə məsələlərinə cavabdeh olan Livanın Hizbullah təşkilatının komandirlərindən birini öldürüb.
AzerTimes xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.
Onun sözlərinə görə, Hizbullah maliyyəni birbaşa İrandan, həmçinin Hizbullahın Yəmən, Livan, Suriya və Türkiyədə yaratdığı və təşkilata gəlir gətirən müəssisələrdən alır. Bu maliyyə şəbəkəsi Hizbullah daxilindəki “4400-cü bölmə” tərəfindən idarə olunur.
Haqari qeyd edib ki, yaxın vaxtlara qədər bu bölməyə oktyabrın əvvəlində Beyrutda öldürülən Cəfər Qasir rəhbərlik edirdi:
“Bu gün Suriyada növbəti zərbə ilə onun varisini məhv etdik. Biz Hizbullahın yenidən qruplaşmasına və yenidən silahlanmasına imkan verməyəcəyik”.