İsrail ordusu iyulun 11-də Qolan təpələrinə atılan mərmiyə cavab olaraq Suriyanın cənubundakı hərbi posta hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə ÇAXAL-ın (İsrail ordusu) məlumatında bildirilib.
“İsrail ordusu Suriyanın cənubundakı Tasila bölgəsindəki hərbi posta hücum edib”, – deyə vurğulanıb.
Əlavə məlumat verilmir.