İsrail Hərbi Hava Qüvvələrinə məxsus 6 F-16 qırıcısı Livan hava məkanından və Qolan təpələrindən Suriya ordusunun Dəməşq və Əs-Suveyda əyalətlərindəki mövqelərinə hücum edib, hava zərbəsi nəticəsində xəsarət alan olmayıb.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit brifinqdə deyib.
Qeyd edək ki, bundan əvvəl Suriya Müdafiə Nazirliyi İsrailin Suriyanın cənubundakı bəzi hərbi mövqelərinə hava zərbələri endirdiyini, maddi ziyan vurduğunu bildirib.