İsrail Şükürü belə aradan götürüb – Şok detal

İsrail Şükürü belə aradan götürüb – Şok detal

İsrail Hizbullahın hərbi qanadının komandirlərindən biri olan Fuad Şükürü aradan götürmək üçün onun daxili kommunikasiya şəbəkəsini “sındıra” bilərdi.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” qəzeti mənbəyə istinadən məlumat yayıb.

“Həmin gün Şükür ikinci mərtəbədəki ofisdə işləyirdi. Eyni binada, cəmi beş mərtəbə yuxarıda onun mənzili yerləşib. Axşam ona zəng vurub yeddinci mərtəbəyə qalxmasını istəyiblər. Zəng hərəkatın daxili kommunikasiya şəbəkəsinə müdaxilə edilərək olunub. Zəngin məqsədi onu İsrailin hücumu üçün daha əlverişli mövqeyə çəkmək olub”, – mənbə bildirib.

Qeyd edək ki, Fuad Şükür iyulun 30-da İsrailin Beyrutun cənubunda, Hizbullahın qalalarından biri olan Dahiya qəsəbəsinə endirdiyi zərbə nəticəsində öldürülüb.

Teqlər: