İsrail “Əş-Şəfa” tibb kompleksində HƏMAS-ın fəaliyyətinə dair heç bir konkret sübut tapmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” adı açıqlanmayan avropalı diplomata istinadən məlumat yayıb.
“İsrail ümid edirdi ki, mübahisəli basqın nəticəsində “Əş-Şəfa”da yaraqlıların fəaliyyətinə dair qəti sübutlar ortaya çıxacaq. Bu günə qədər aydın sübutların olmaması artıq Qərb müttəfiqlərini, o cümlədən ABŞ-ı hərbi əməliyyatlarda fasilə verməsi üçün İsrailə təzyiqləri artırmağa vadar edib”, – məlumatda deyilir.
Qeyd edək ki, İsrail bundan öncə sözügedən xəstəxanada HƏMAS-ın komanda mərkəzini aşkar etdiyini açıqlamışdı.