İsrail Sinvarın ölümü ilə nə əldə etdi? – VP

İsrail Sinvarın ölümü ilə nə əldə etdi? – VP

HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi Qəzzada atəşkəslə bağlı razılığın əldə olunmasında çətinliklər yarada bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ lideri Co Bayden və vitse-prezident Kamala Harris Sinvarın ölümünün Qəzzada vəziyyətin nizamlanmasını asanlaşdıra biləcəyinə ümid etdiklərini bildirib. Lakin ABŞ, İsrail, ərəb rəsmiləri və İsrailin hərbi strategiyası, eləcə də ABŞ-ın aylardır rəhbərlik etdiyi atəşkəs səyləri ilə tanış olan ekspertlər bildiriblər ki, Sinvarın ölümünün xoş qarşılanmasına baxmayaraq, onun aradan qaldırılması yeni maneələr yarada bilər. Əsas narahatlıq HƏMAS-ın yeni liderinin atəşkəs danışıqlarına hazır olub-olmayacağı, Netanyahunun bu fürsətdən hərbi əməliyyatların intensivliyini azaltmaq üçün istifadə edib-etməyəcəyi və ya Qəzzada daha geniş qələbəyə nail olmaq üçün səylərini ikiqat artırmağa qərar verəcəyi ilə bağlıdır. Bu suallara cavab atəşkəs planının həyata keçirilməsi perspektivlərini müəyyən edəcək”, – məlumatda qeyd olunub.

Teqlər: