İsrail sərhəddəki yaşayış məntəqələri və yəhudi və ərəblərin yaşadığı şəhərlərdə könüllüləri silahlandırmağa başlayacaq.
AzerTimes xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə İsrail istehsalı olan 4000, daha sonra isə ən azı 6000 avtomat paylanacaq.
Bundan başqa, könüllülər dəbilqə və zirehlərlə təchiz olunacaqlar.