İsrail SEPAH qərargahını belə məhv etdi – Video

İsrail SEPAH qərargahını belə məhv etdi – Video

İsrailin Suriyanın paytaxtı Dəməşqdə yaşayış binasına endirdiyi zərbənin görüntüləri yayılıb.

AzerTimes xəbər verir ki, Suriya mediası dörd mərtəbədən ibarət evin tamamilə dağıldığını təsdiqləyib.

Zərbə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.

“İslami Cihad” qruplaşmasının Siyasi Bürosunun üzvü Ehsan Atayanın “RİA Novosti”yə verdiyi məlumata görə, zərbə nəticəsində qruplaşmanın lideri Ziyad ən-Nahala və komandir Əkrəm əl-Acurinin həlak olması ilə bağlı İsrail sosial şəbəkələrində yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, bundan öncə hücum zamanı SEPAH üzvünün öldüyü bildirilmişdi. Dağıdılan evdən SEPAH müşavirləri qərargah kimi istifadə edib.

Teqlər: