İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri Seyidrazi Musəvinin yaşadığı evə üç raket atıb.
AzerTimes xəbər verir ki, bunu İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib.
Onun sözlərinə görə, saat 14:00 radələrində Musəvi səfirlikdə, ofisində olub və günortadan sonra Zeynəbiyə rayonunda yerləşən mənzilə gedib:
“Görünür, onun evinə İsrail 3 raket atıb, Seyidrazi Musəvinin yaşadığı yaşayış binası tamamilə dağılıb”.
Qeyd edək ki, İsrailin hücumu nəticəsində SEPAH müşaviri Seyidrazi Musəvi Suriyada ölüb. O, Qüds briqadasının sabiq komandiri Qasım Süleymaninin silahdaşı olub.
SEPAH onun qisasını alacağını elan edib.