İran İsrail rejiminin aqressiv aktına görə məhkəməyə müraciət edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri İran XİN-in nümayəndəsi Nasir Kənani İsrailin zərbələri nəticəsində SEPAH-ın Suriyada iki zabitinin ölməsi barədə deyib.
O bildirib ki, İran İsrailin Suriyaya hücumu nəticəsində iki SEPAH zabitinin ölməsinə görə İsrailə lazımi vaxt və yerdə cavab vermək hüququnu da özündə saxlayır.
Qeyd edək ki, 31 mart və 2 aprel tarixlərində İsrailin Suriyaya endirdiyi zərbələr nəticəsində SEPAH-ın iki zabiti – Mühdəd Mehqani və Milad Heydərli ölüb.