Xəbər - Orxan Nəbiyev – Trend:
İsrail Səhiyyə Nazirliyi ölkəyə peyvəndlənmiş turistlərin buraxılması layihəsini təxirə salmağa çağırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.
Bir müddət əvvəl İsrail Turizm Nazirliyi bildirmişdi ki, mayın 23-dən başlayaraq ABŞ və Avropada təsdiqlənmiş vaksinlərlə peyvəndlənən 40-dək turist qrupunun İsrailə səfərlərinə icazə verilə bilər. İyun ayından isə sayın artırılması nəzərdə tutulurdu.
Səhiyyə Nazirliyi yayımladığı məlumatda dünyada koronavirusun yeni mutasiyalarının yaranmasını nəzərə alaraq turist səfərlərinin iyunun sonunadək təxirə salınmasına çağırıb.
Qeyd edək ki, bu günədək İsraildə əhalinin 55 faizi koronavirusa qarşı vaksinlənib.