İsrail Səhiyyə Nazirliyi COVID-19-a qarşı dərmanının istifadəsinə icazə verib

İsrail Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün Paxlovid dərmanının istifadəsinə icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti bildirib.

Məlumata əsasən, həmin dərman “Pfizer” şirkəti tərəfindən istehsal edilib:


“Səhiyyə Nazirliyi “Paxlovid” dərmanının istifadəsi üçün təcili icazə verib. Səhiyyə Nazirliyi və “Pfizer” şirkəti Paxlovid dərmanının alınması üzrə müqavilə imzalayblar. Dərmanın yaxın günlərdə İsrailə göndəriləcəyi gözlənilir”.