İsrail Xarici İşlər Nazirliyi Cənubi Afrika Respublikasının (CAR) Qəzza zolağında soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində başlatdığı prosesə qarşı çıxmaq üçün digər ölkələrə müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail Xarici İşlər Nazirliyi səfirlərdən ev sahibi ölkələrdəki diplomatlara və siyasətçilərə təzyiq göstərmələrini istəyib.
Qeyd edək ki, CAR 2023-cü ilin dekabrında Qəzza zolağında soyqırım ittihamı ilə İsrailə qarşı iddia qaldırmışdı. Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 11-12-də CAR-ın İsrailə qarşı iddiası ilə bağlı dinləmələr keçirəcək.