İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik son günlər bu ölkədə baş verən hadisələrlə bağlı açıqlamasında deyib.
“Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önün gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır”, – səfir qeyd edib.
Səfir açıqlamada oktyabrın 7-nin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağı qeyd olunub. Vurğulayıb ki, HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözlənilməz müharibəyə başlayıb.
Corc Dik əlavə edib ki, baş verən hadisələr nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb. Hücumun vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.
“Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik. Qan vermək üçün gözləyən yüzlərlə israilli var. Yüzlərlə israilli ehtiyac anlarında cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var. Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq, biz birik və biz qalib gələcəyik”, – səfir vurğulayıb.