İsrail səfiri Braziliya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Braziliya XİN-dən məlumat verilib.
Bildirilib ki, səfir Braziliya prezidenti Luis İnasio Lula da Silvanın İsraildə persona non-qrata elan edilməsi səbəbindən XİN-ə çağırılıb.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib.