İsrail səfiri Qali Daqan hakimiyyətə qarşı bəyanatlarına görə üzr istəməli və ölkəni tərk etməlidir.
AzerTimes xəbər verir ki, bunu Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva deyib.
Məlumata görə, səbəb İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyat fonunda ölkə prezidenti Qustavo Petro ilə səfir arasında yaranmış mübahisə olub. Petro əvvəlcə fələstinliləri dəstəklədiyini və israillilərin “yandırılmış torpaq taktikalarından” istifadə etdiyini söyləyib. Daqan bu açıqlamaları tənqid edib.
Qeyd edək ki, bundan əvvəl prezident Petro özü Kolumbiyanın İsraillə diplomatik münasibətləri dayandırmağa hazır olduğunu bildirmişdi.