İsrail səfiri Azərbaycana başsağlığı verib

İsrailin Azərbaycandakı səfiri Corc Dik hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq”, – deyə səfir bildirib.

Teqlər: