İsrail qırıcıları Suriyanın liman şəhəri Tartusa, eləcə də Rusiya hərbçiləri tərəfindən istifadə edilən aviabazaya zərbə endirib, nəticədə 2 suriyalı əsgər ölüb, 6-ı yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Həmadakı hərbi baza və Xümsdəki Şuayrat aerportu zərbələrə məruz qalıb.
Məlumata görə, baza Suriya Hərbi Hava Qüvvələrinin ən mühüm bazalarından biridir və Rusiya tərəfindən üsyançılara qarşı hərbi əməliyyatlarda istifadə edilir.