İsrail Rusiyadan qaçanlara qucaq açır: Baş nazirdən çağırış

İsrail Rusiyadan qaçanlara qucaq açır: Baş nazirdən çağırış

İsrailin Baş naziri Yair Lapid Rusiyada qismən səfərbərlik elan edildikdən sonra “El Al” aviaşirkətinin rəhbərini Rusiyaya uçuşların sayını artırmağa çağırıb.

AzerTimes xəbər verir ki, İsrail hökumətinin dəftərxanasından məlumat verilib.

Lapid qeyd edib ki, təkcə uçuşların artırılması deyil, həm də viza və miqrantların ölkədə yerləşdirilməsi sahəsində də tədbirlər görüləcək.

İsrailin Rusiyadan çoxlu sayda mühaciri qəbul etmək üçün artıq hazırlıqlara başladığı da bildirilir.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədən xaricə gedənlərin sayı kəskin şəkildə artıb.

Teqlər: