İsrail rəsmisi: İranda bu obyektlərə dəqiq zərbə endirilir!

İsrail rəsmisi: İranda bu obyektlərə dəqiq zərbə endirilir!

İsrailin hava zərbələrinin hədəfi İranın nüvə obyektləri və neft yataqları deyil.

AzerTimes xəbər verir ki, bu barədə NBC İsrail rəsmisinə istinadla məlumat yayıb.

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi bildirib ki, əsas diqqət İranın hərbi hədəflərinə yönəlib.

“Biz keçmişdə bizi təhdid edən və gələcəkdə edə biləcək obyektlərə dəqiq zərbələr endiririk”, – o bildirib.

Qeyd edək ki, bundan öncə İsrail mediası Kərəcdə nüvə stansiyasına zərbə endirildiyini bildirmişdi.

Teqlər: