İsrail rekord həddə hərbi məhsul ixrac etdi

İsrail rekord həddə hərbi məhsul ixrac etdi

İsrail keçən il rekord həddə 12,556 milyard dollar dəyərində hərbi təyinatlı müdafiə məhsulları ixrac edib, bütün ixracatın təxminən dörddə biri ABŞ-ın dəstəklədiyi “Abraham Accords 2020” müqaviləsi çərçivəsində yeni ərəb tərəfdaşlara göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, 2022-ci il rəqəmləri əvvəlki üç illə müqayisədə 50% və əvvəlki onillikdə həcmin iki dəfə artdığını göstərir. Hesabatda deyilir ki, 2022-ci il ixracının 25%-ni pilotsuz təyyarələr, 19%-ni isə raketlər, reaktiv mərmilər və hava hücumundan müdafiə sistemləri təşkil edir.

Nazirlik konkret müştərilərin adını çəkmədən bildirib ki, müdafiə ixracının 24%-i “Abraham Accords 2020” razılaşması ölkələrinə gedir.

Belə ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bu müqavilələri imzalayıb və İsrail də onların arasında Mərakeş və Sudanı da qeyd edir.

Hesabatda deyilir ki, İsrailin müdafiə ixracının 30%-i Asiya-Sakit okean regionu, 29%-i Avropa və 11%-i Şimali Amerikanın payına düşür.

Teqlər: