Qəzzada altı həftəlik atəşkəs yaradacaq sazişə İsrail razılıq verib, hər şey HƏMAS silahlı qrupunun girovları azad etməyə razılığından asılıdır.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
“Prinsipcə razılaşma əldə olunub. Amma mən bu və ya digər şəkildə gözləntilər yaratmaq istəmirəm. Girovlar azad edilməlidir”, – mənbə bildirib.