İsrailin “Rafael” şirkəti Müdafiə Nazirliyinin Müdafiə
tədqiqatları idarəsi ilə birgə “Iron Beam” raket əleyhinə lazer
sisteminin sınaqlarını keçirib.
Trend-in
məlumatına görə, sınaqlar zamanı lazer sistemi pilotsuz uçuş
aparatları, mina və raketləri zərərsizləşdirib.
Qeyd olunur ki, “Iron Beam” sistemi İsrailin “Dəmir qübbə” raket
əleyhinə taktiki sistemi tamamlayacaq.
“Iron Beam” sisteminin prototipi ilk dəfə 2014-cü ildə
Sinqapurda sərgi zamanı nümayiş etdirilib. Sistemin atəş məsafəsi
yeddi kilometr təşkil edir. “Iron Beam”in əsasında fiber lazer
dayanır və hədəfləri bir neçə saniyə ərzində şüalandıraraq məhv
edir.
İsrailin baş naziri Naftali Bennet bildirib ki, bu sistemin bir
atəşinin dəyəri 3,5 dollara bərabərdir.