İsrail qorxusu: HƏMAS yeni liderinin adını gizlədir

İsrail qorxusu: HƏMAS yeni liderinin adını gizlədir

HƏMAS oktyabrın 16-da İsrail tərəfindən öldürülən Yəhya Sinvardan sonra Siyasi Büronun yeni rəhbərinin kimliyini gizlətməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə “Əşarq əl Əvsət” nəşri mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, hərəkatın növbəti liderinin adının gizli saxlanması ilə bağlı HƏMAS daxilində müzakirələr davam edir:

“Hərəkatın rəhbərliyi siyasi büronun yeni rəhbərinin kimliyi ilə bağlı qərar qəbul etməyə doğru irəliləyir və ehtimal ki, onun adını təhlükəsizlik səbəbi ilə gizli saxlayacaq. Belə bir addım HƏMAS-ın yeni liderini İsrailin təqiblərindən qoruya və ona inzibati iş üçün daha geniş imkanlar yarada bilər. Bundan əlavə, hərəkat Qəzza zolağında atəşkəs üçün danışıqların bərpası və israilli girovların azad edilməsi halında kimin qərar verəcəyi ilə bağlı İsraili çaşdırmaq istəyir”.

Qeyd olunub ki, Sinvarın yerinə namizəd kimi HƏMAS Şurasının sədri Məhəmməd Dərviş, eləcə də hərəkatın Siyasi Şurasının üç üzvü – Xəlil əl-Həyya, Məhəmməd Nazzal və Xalid Məşal kimi şəxslərin adları çəkilir.

Teqlər: