
İraq İrana hücum edən İsrail təyyarələrinin uçuşu ilə bağlı BMT baş katibinə və Təhlükəsizlik Şurasına etiraz notası göndərib.
AzerTimes xəbər verir ki, bu barədə İraq hökumətindən bildirilib.
“Bağdad İsrailin İraqın hava məkanı və suverenliyinə qarşı törətdiyi kobud pozuntuları, eləcə də oktyabrın 26-da İrana hücum etmək üçün hava məkanından istifadə etməsini pisləyən rəsmi etiraz notası göndərib”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, İraq öz hava məkanının və ya ərazisinin digər ölkələrə, xüsusən də Bağdadın dostluq münasibətlərində olduğu qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə vermir.
İraq Baş naziri Məhəmməd Sudani Xarici İşlər Nazirliyinə bu pozuntu ilə bağlı ABŞ-la əlaqə saxlamağı tapşırıb.
Qeyd edək ki, oktyabrın 26-da İsrail aviasiyasının İrana zərbələri zamanı İraqın hava məkanından istifadə etdiyi ilə bağlı məlumat yayılmışdı.


AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN