İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında raket qurğularına hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qurğular gün ərzində İsrailin cənubundakı əraziləri atəşə tutmaq üçün istifadə olunub.
Məlumatda bildirilir ki, aviazərbələr nəticəsində anklavın cənubunda yerləşən hədəflər məhv edilib.