İsrail ordusu beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu döyüş sursatından istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, İsrail ordusu Qəzzanın əl-Karama rayonunda bu sursatları tətbiq edib.
Qeyd edək ki, bu cür sursatlar 1949-cu il Cenevrə Konvensiyasının III Protokolu ilə qadağan edilib.