İsrail ordusu Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Saat 10:00-dan (Bakı vaxtı ilə 12:00) 14:00-a kimi ərzaq çatdırılması və əhalinin təxliyəsi üçün Cəbəliyyə bölgəsində hərbi əməliyyatlar müvəqqəti dayandırılacaq”, – məlumatda qeyd olunub.