İsrail Qəzzanı Fələstin Milli Administrasiyasına verməyə hazırlaşmır.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
“Baş nazir Netanyahu hədəfi müəyyən edib: HƏMAS-ın ləğvi… İsrailin Qəzzanı Fələstin Muxtariyyətinə, yaxud digər tərəfə verməyə hazırlaşması ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır”, – deyə bildirilib.
Qeyd edilir ki, bundan öncə bəzi İsrail KİV-lərində İsrailin HƏMAS-ı məhv etməsindən sonra Qəzza anklavının Fələstin idarəçiliyinə veriləcəyi yönündə məlumatlar yayılmışdı.