
İsrail mart ayında Qəzza şəhərində yeni hərbi əməliyyat keçirməyi planlaşdırır, lakin bunun üçün ABŞ Prezidenti Donald Trampın razılığı tələb olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail ordusu mart ayında Qəzzada yenidən intensiv hərbi əməliyyatlara başlamaq üçün planlar hazırlayıb.
Bu plan çərçivəsində Qəzza şəhərinə yönələn hücumun məqsədi atəşkəsin “Sarı xətt” adlanan demarkasiya xəttini anklavın sahilinə doğru qərbə çəkmək və bununla da İsrailin ərazi üzərində nəzarətini daha da genişləndirməkdir.
Ərəb diplomat isə nəşrə verdiyi açıqlamasında bildirib ki, bu əməliyyat ABŞ-ın dəstəyi olmadan həyata keçirilə bilməz:
“ABŞ hazırda oktyabr ayında əldə olunmuş kövrək atəşkəsi HAMAS-ın tərksilah edilməsini də əhatə edən ikinci mərhələyə keçirmək üçün səylər göstərir”.


DOLLAR
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN