İsrail Qəzza zolağında ən yüngül və dəqiq silahlardan istifadə edir və beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus məlumat verib.
“İsrail ordusu beynəlxalq hüquqa sadiqdir. İsrail Qəzza zolağında konkret hədəfləri vurmaq üçün mövcud olan ən yüngül və dəqiq silahlardan istifadə etməyə çalışır. Bu silahlar NATO standartlarına cavab verir”, – Konrikus bildirib.