İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “Əş-Şəfa” xəstəxanasına atəş açıb.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum zamanı İsrail hərbçiləri “Əş-Şəfa xəstəxanasını mühasirəyə alıb.
Hücum nəticəsində ölü və yaralıların olduğu bildirilib.
İsrail ordusu bu məlumatı təsdiqləyib:
“Əməliyyat zamanı terrorçular xəstəxananın içərisindən hərbi qulluqçulara atəş açıblar. Hərbi qulluqçular cavab atəşi açıb, zərbələr qeydə alınıb”.