İsrail Qəzzada bu bombadan istifadəyə hazırlaşır

İsrail Qəzzada bu bombadan istifadəyə hazırlaşır

İngiltərə mediası İsrailin Qəzzaya planlaşdırılan quru hərəkatı zamanı HƏMAS-ı vurmaq üçün süngər bombalarından istifadə etməyə hazırlaşdığı xəbərini yayıb.

AzerTimes xəbər verir ki, məlumatda keçirilməsi planlaşdırılan quru hərəkatında İsrail üçün ən böyük çətinliyin “Qəzza metrosu” adlandırılan yer altındakı tunellər olacağı qeyd edilib.

HƏMAS tərəfindən son on beş ildə inşa edilən və bir labirinti xatırladan tunellerdə raket və silah-sursat saxlanılır, eyni zamanda döyüşçülər üzə çıxmadan hərəkət edə bilirlər. Tunellərin girişlərinin tələlərlə qorunduğu qeyd olunur. Quru hərəkatı olacağı təqdirdə İsrailin süngər bombasından istifadəsi gözlənilir. Bomba HƏMAS-la mübarizə məqsədilə xüsusi şəkildə hazırlanıb. Ancaq 7 oktyabrda İsrailə hücum zamanı əsir götürülən 200-dən çox şəxsin sözügedən tunellərdə saxlanılma ehtimalı Təl-Əvivin qarşısında əsas maneələrdən biridir. Bombanın İsrail hərbçilərinin həyatı üçün də təhlükə törətdiyi qeyd olunub.

İngiltərənin “Teleqraf” qəzeti bəzi əsgərlərin silahdan yanlış istifadə nəticəsində kor olduqlarını bildirib. Ona görə, rəsmi Təl-Əviv mümkün quru əməliyyatı zamanı tunellərin müəyyən edilməsi üçün xüsusi PUA-ları, bununla bərabər yeraltı keçidlərdə isə robotları sınaqdan keçirib. Lakin onlar da hələlik tam effektiv nəticə göstərməyib.

Teqlər: