İsrailin Qəzzada bataqlığa düşdüyünə dair açıq əlamətlər var və İordan çayının qərb sahilində gərginlik pik həddədir. Lakin Netanyahu və nazirləri buna əhəmiyyət vermir.
AzerTimes xəbər verir ki, bu sözləri israilli analitik Amos Harel İsrailin əməliyyatlarını şərh edərkən deyib.
O bildirib ki, Qəzzada əməliyyatlar davam etdikcə Netanyahu hökuməti daha çox eyforiyaya qapılır:
“Netanyahunun 3 il öncə söz verdiyinin əksinə olaraq, İsrail ən sabit 10 ilini yaşamır. Tam əksinə, ölkə daxilində və xaricində təhdidlər var”.