İsrail hərbçilərinin Qəzzada əməliyyatları zamanı təxminən 380 məscid ya tamamən, ya da qismən dağıdılıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçiləri 140 məscidi tamamən, 240-nı da qismən dağıdıb. Həmçinin 3 kilsənin də zərər gördüyü bildirilib.
Məlumata görə, atışmalar nəticəsində yaşı min ildən çox olan tarixi tikilələr də dağıntılara məruz qalıb.