Olduqca ağır itkilər verdik. Ancaq bu bizi çaşdırmayacaq və qətiyyətimizi zəiflətməyəcək. Qəzzadan daha dəhşətli videolar gələcək.
AzerTimes xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü polkovnik Conatan Konrikus deyib.
Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağı yaxınlığına təxminən 300 min hərbçi yerləşdirilib:
“Əsgərlər hökumətdən gələcək əmri gözləyir. İsrail ordusunun missiyası bu müharibənin sonunda HƏMAS-ın israilli mülkiləri təhdid edə və ya öldürə biləcək gücə sahib olmayacağından əmin olmaqdır”.
İsrail mətbuatının yazdığına görə, ordunun Qəzzaya hava zərbələi nəticəsində HƏMAS-ın hərbi qanadının komandirlərindən olan Məhəmməd Deifin atasının yaşadığı ev vurulub. Bombardman nəticəsində Deifin qardaşı, oğlu və qardaşının nəvəsinin öldüyü bildirilib.
“Əl Mayadin” nəşri də dağıntılar altında qalanların olduğunu yazıb.
Bundan başqa, İsrail təyyarələrinin Qəzzadakı İslam Universitetini vurması nəticəsində bir neçə bina tamamilə dağılıb.