İsrail Qətərə HƏMAS liderləri ilə bağlı söz verdi

İsrail Qətərə HƏMAS liderləri ilə bağlı söz verdi

İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yaov Qallantın HƏMAS liderlərindən heç birinin qisasdan qaça bilməyəcəyinə dair vədlərinə baxmayaraq, Qətər hakimiyyəti Təl-Əvivdən bu ölkənin ərazisində heç bir qisas cəhdinin olmayacağına dair söz alıb.

AzerTimes xəbər verir ki, bu barədə “Detaly.co.il” məlumat yayıb.

“MOSSAD Qətər ərazisində yüksək rütbəli HƏMAS rəsmilərinin aradan qaldırılması üçün tədbir görməyəcək. Hətta MOSSAD-ın bunu etməyə fürsəti olsa belə, etməyəcək, çünki Qətər hakimiyyəti buna dair İsraildən vəd alıb.

Həqiqətən də İsmayıl Haniyə də daxil olmaqla, bir sıra HƏMAS lideri Qətərdə lüks otellərdə yaşayır”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu məlumatla bağlı heç bir rəsmi şərh verilməyib:

“Amma qeyd etmək lazımdır ki, bu məlumat Qətərin əsas vasitəçilik rolunu oynadığı İsrail və HƏMAS arasında gərgin danışıqlar fonunda ortaya çıxıb. Danışıqlar girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşma ilə yekunlaşıb”.

Teqlər: