Qətər HƏMAS tərəfindən girov götürülən şəxslərin dərhal azad olunmasına çalışmalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail xarici işlər naziri Eli Kohen deyib.
“10 ildən artıqdır ki, HƏMAS-ı maliyyələşdirən Qətərdən bütün girovların azad edilməsi istiqamətində işləməyi xahiş etmişəm. Bu, sizin əlinizdədir. Buna cavabdehsiniz. Bunu dərhal edin!” – Kohen jurnalistlərə bildirib.